Bu gün UEFA Avropa Liqasında 2014-15 mövsümünə yekun vurulacaq.
Korner.az-ın məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirinin finalında “Dnepr” (Ukrayna) və “Sevilya” (İspaniya) klubları üz-üzə gələcək.
Polşanın Varşova şəhərində keçiriləcək həlledici matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
27 may
Avropa Liqası, final
23:45. “Dnepr” (Ukrayna) – “Sevilya” (İspaniya) – 2:3
Qollar: Kaliniç, 7 (1:0), Kruçoviak, 28 (1:1), Bakka, 31 (1:2), Rotan, 44 (2:2), Bakka, 73 (2:3)
Baş hakim: Martin Atkinson (İngiltərə)
