“Sevilya” baş məşqçini göndərdi
18.12.2023 , 11:52

“Sevilya” baş məşqçisi Dieqo Alonsonu istefaya göndərib.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
48 yaşlı mütəxəssis bu ilin oktyabrından İspaniya klubunu çalışdırırdı.
Onun rəhbərliyi altında komanda 14 oyuna çıxıb, 2 dəfə qalib gəlib, 5 dəfə heç-heçə edib və 7 dəfə uduzub.
