“Sevilya” Bakıya 23 futbolçu ilə gəlir – Siyahı
17.09.2019 , 16:40
“Sevilya” klubu Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda qarşılaşacağı “Qarabağ”la matç üçün Bakıya yola düşüb.
Korner.az xəbər verir ki, baş məşqçi Xulen Lopeteqi “Qarabağ”la oyunun iştirak ərizəsinə 23 futbolçunun adını daxil edib:
Qapıçılar: Tomaş Vatslik (Çexiya), Bono (Mərakeş), Alfonso;
Müdafiəçilər: Daniel Karriço (Portuqaliya), Xules Kunde (Fransa), Dieqo Karlos (Braziliya), Xesus Navas (kapitan), Serxi Qomes, Serxio Eskudero, Serxio Requlyon;
Yarımmüdafiəçilər: Ever Baneqa, Franko Vaskes (hər ikisi Argentina), Roni Lopes (Portuqaliya), Munas Dabbur (İsrail), Nemanya Qudel (Serbiya), Fernando (Braziliya), Alexandro Pozo, Oliver Torres, Xoan Cordan;
Hücumçular: Çiçarito (Meksika), Luk de Yonq (Hollandiya), Munir El-Haddadi, Brayan Gil.
Sentyabrın 19-da keçiriləcək “Qarabağ” – “Sevilya” matçına saat 20:55-də start veriləcək.