Bu gün UEFA Avropa Liqasında final matçı keçiriləcək.
Korner.az-ın məlumatına görə, həlledici qarşılaşmada İspaniyanın "Sevilya" və İngiltərənin "Liverpul" klubları üz-üzə gələcək.
İsveçrənin Bazel şəhərində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Qeyd edək ki, "Sevilya" turnirin son qalibidi.
18 may
Avropa Liqası, final
22:45. “Liverpul” (İngiltərə) – “Sevilya” (İspaniya) 1-3
Qol: Staric, 35 – Qameyro, 46, Koke, 64, 69
Hakimlər: Yonas Eriksson, Matias Klasenius, Daniel Varnmark (hamısı İsveç), Sveyn Oddvar Moen (Norveç)
Bazel. “Sent Yakob-Park” stadionu
