big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Layihə

Şevçenkoya qarşı oynayan azərbaycanlını futboldan nə küsdürüb? (LAYİHƏ):

30.05.2017 , 12:30

Korner.az və Sportfm.az saytlarının “Futzal: mövcud durum və perspektiv üfüqləri” layihəsi çərçivəsində dördüncü yazısı
 
Şevçenkoya qarşı oynayan azərbaycanlı 

Ölkəmiz müstəqillik qazandıqdan sonra bütün çətinliklərə, əngəllərə baxmayaraq, futzal bir idman növü kimi inkişaf etməyə başladı. 1993-cü ildə keçirilən ilk Azərbaycan çempionatına marağın həddindən artıq böyük olması bir daha sübut etdi ki, bu idman növünü inkişaf etdirmək, respublikamızın bütün bölgələrinə yaymaq mümkündür. İlk çempionatdan sonra bir çox yeni komanda yarandı, paytaxtımızda və rayonlarda müxtəlif klublar təsis edildi. Hətta iş o həddə gəlib çatdı ki, növbəti illərdə təşkil edilən yarışlarda bir çox tanınmış futbolçular çıxış etməyə başladı. Həmin dövrdə “böyük futbol”un durğunluq dövrünü yaşaması, pulun olmaması, klublarımızın infrastruktrunun faktiki olaraq dağıdılması amili də bu prosesə təkan verdi. 90-cı illərin sonlarına yaxın futzal üzrə ölkə çempionatında xeyli sayda komanda çıxış edirdi, Bakıda bu idman növü üzrə baş tutan matçlarda anşlaq olurdu. “Neftçi”nin sabiq üzvü, uzun illər futzal çempionatında çıxış edən, hazırda Birinci Liqada mübarizə aparan “Marafon” futzal klubunun kapitan sarğısını daşıyan Rüfət Hüseynov əvvəlcə söhbətə futbola gəlişindən başladı:
 “8 yaşından futbolla məşğul olmağa başlamışam. Daha sonra Kazbek Tuayevin rəhbərlik etdiyi Uşaq Gənclər İdman Məktəbinə gəlmişəm. Məşqçim Yaşar Abdulov olub. 14 yaşım olanda aşağı yaş qrupları üzrə yığma komandaya cəlb edildim. 1991-ci ildə SSRİ birinciliyində iştirak etmişəm. Komandamız 3-cü yeri tutmuşdu. Hətta o zaman heyətində Andrey Sevçenkonun da olduğu Ukrayna millisinə qarşı da oynamışam. Meydanda onunla dəfələrlə üz-üzə gəlmişəm. SSRİ dağıldıqdan sonra 16 yaşlı futbolçulardan ibarət komandanın heyətində Azərbaycan çempionatında mübarizə aparmışam. 1993-cü ildə “AzNeftyağ” komandasının heyətində yüksək liqada çıxış etmişəm. Daha sonra gəncləri üzə çıxarması ilə tanınan Vaqif Sadıqov məni “Neftçi”yə dəvət etdi. 1994-95 mövsümündə “ağ-qaralılar”ın heyətində oynadım. 1995-97-ci illərdə “Bakı fəhləsi” klubunun şərəfini qorudum. Sonradan Kazbek Tuayevin dəvəti ilə yenidən “Neftçi”yə üz tutdum. Bir mövsüm çempionatda iştirak etdikdən sonra MOİK-ə yollandım. Həmin dövrdə əsgər yaşı çatan futbolçular mütləq surətdə ordu klubunun formasını geyinməli idi. 2000-2003-cü illərdə “Xəzər Universiteti” komandasında çıxış etdim. Çox yaxşı kollektivimiz vardı. Karyeramın ən yaddaqalan illərini məhz ali məktəb təmsilçisinin heyətində keçirmişəm. Təsəvvür edirsiniz, “Neftçi”, “Qarabağ”, “Turan”, “Kəpəz” kimi klubların çıxış etdiyi çempionatda tələbələrin komandası mübarizə aparırdı. Özüdə layiqli mübarizə. Düşünürəm ki, universitet komandası Azərbaycan futboluna çox böyük xeyir verdi. Oradan bir çox tanınmış futbolçu çıxdı. Ümumilikdə yüksək liqada 150 oyunda meydana çıxmışam və 8 qol vurmuşam”. 

Maddi sıxıntıdan irəli gələn keçid 

O dövrlərdə ölkənin istedadlı gənc futbolçularından biri hesab edilən Hüseynovun futzal çempionatında özünü sınamaq istəyi təsadüf nəticəsində olmayıb:
“Futzal keryerama isə 1999-cu ildə başlamışam. O zaman həm futbol, həm futzal oynayırdım. Həmin vaxtlar bu normal sayılırdı. Futbolda pul demək olar ki, yox idi. Ona görə bir çox futbolçu paralel olaraq futzal çempionatında oynayırdı. Uzun müddət adlı-sanlı klublarda, yığmada futbol oynasam da, maddi imkanım zəif idi. 1999-cu ildə məni AMMK futzal komandası heyətinə dəvət etdi. 2 ilə yaxın orada çıxış etdim. Çempionat çox maraqlı keçirdi, matçlar zamanı tribunalar dolu olurdu. Futzal çox sevilirdi, bütün görüşlərdə gərgin mübarizə gedirdi, komandaların hamısı demək olar ki, eyni səviyyəli idi.
Bir çox tanınmış futzalçılarla çiyin-çiyinə oynamışam. 2001-ci ildə “Qafqaz Universiteti” məni heyətində görmək istədiyini bildirdi. Bir müddət düşünmək üçün vaxt istədim, sonra razılıq verdim. Pis komanda deyildi, kollektivdə əsasən gənc futzalçılar toplaşmışdı. Bir il sonra yenidən sabiq komandama qayıdaraq, karyerama orada davam etdim. 90-cı illərin sonu, 2000-ci illərin əvvəlləri keçirilən futzal çempionatları çox güclü keçirdi. Həmin vaxtlar özüm də oynadığım üçün bilirəm. Çempionata hədsiz maraq vardı. Oyunlara xeyli azarkeş gəlirdi. Yüksək səviyyədə oynayan futzalçılar çox olduğu üçün, yığma komandaya düşmək çətin idi”. 

Futboldan küsən gənc 

Bəlkədə Azərbaycan futbolunda elə bir oyunçu olmayıb ki, hansı məqamdasa bu idman növündən iyrənməsin, haqsızlıqlara dözməyərək getmək istəməsin, küsüb karyerasını bitirməyi düşünməsin. Təəssüflər olsun ki, sadalananları Rüfətdə yaşayıb: “2005-ci ildə “Hamilton”da çıxış edirdim, haqsızlıq çox idi. Dözə bilmirdim, onsuzda həyatımızı futbola qurban vermək qarşılığında heçnə əldə etmədik. Ancaq insanın gözü qarşısında kimsənin haqqının yeyildiyini görəndə, buna biganə qala bilmirsən. Məhz bu məsələlərə görə  bir müddət futboldan uzaqlaşdım.

Uzun illərdən sonra həyat tərzimə çevrilən bu idman növünü nə qədər ağır olsa belə tərk etməli oldum. Ancaq formada qalmaq üçün futzal oynayırdım. Daim sabiq futzalçılarla bir araya toplaşıb, matçlar keçirirdik. 2010-cu ildə öz vəsaitim hesabına yeni komanda yaratmağı qərara aldım. Tezliklə lazım olan sənədləşmə işlərini yoluna qoyaraq, “Tərəqqi” klubunu təsis etdim. Gəncləri və təcrübəli futzalçıları bir araya topladım. Futzal adına yaxşı işlər gördük. “Əmrahbank” kollektivini formalaşdırdım, rəqabətədavamlı komanda oldu. İddialı klublarla başabaş oynayırdıq. Onda xeyli sayda futzal komandası vardı. Ölkə çempionatında istedadlı yerli futzalçılarla yanaşı, səviyyəli legionerlər çıxış edirdi”. 

“Uşaq futzalının yoxluğu işə ciddi mənfi təsir göstərir”

“Neftçi”nin sabiq üzvü Azərbaycan futzalı üçün böyük işlər görən insanları da unutmadı:”Elman Ələkbərov çox böyük işlər gördü(Turan AİR futzal klubunun prezidenti-red.). Ölkə çempionatında çıxış etmək üçün öz komandasına sayılıb-seçilən yerlilərlə yanaşı, yüksək səviyyədə çıxış edən legioner futzalçıları dəvət edirdi. Düşünürəm ki, həmin dövrdə görülən işlər futzalımıza çox xeyir verdi. Xeyli sayda azərbaycanlı futzalçı yetişdi. İndi isə vəziyyət başqa cürdür. Uşaq futzalının yoxluğu işə ciddi mənfi təsir göstərir. Potensialı olan gənclərimiz var. Mütəxəssis sarıdan da korluğumuz yoxdur. Futzalı uşaq yaşlarından oynamaq lazımdır. Sonradan öyrənəndə təbii ki, həmin effekti vermir. Hazırda kapitanı olduğum “Marafon” klubunda bu istiqamətdə böyük işlər görülür. Gələcəkdə bunun bəhrəsini görəcəyik”. 
Qeyd edək ki, Rüfət Hüseynov karyerası ərzində futzal liqalarında 500-dən artıq qol vurub. Bir dəfə 67 qolla Yüksək Liqanın bombardiri olub, “Əmrahbank” və “Azərsell” komandalarının heyətində müvafiq olaraq, 160 və 118 dəfə fərqlənib. 

Qeyd: Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Son yazılar

To Top