Şevçenkonu göndərdilər
15.01.2022 , 19:59
İtaliya A Seriyasında baş məşqçi istefası gerçəkləşib.
Korner.az xəbər verir ki, “Cenoa” Andrey Şevçenko ilə yollarını ayırıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Komandanı müvəqqəti olaraq Roberto Murqita çalışdıracaq.
Andrey Şevçenko “Cenoa”nın baş məşqçisi postuna 2021-ci ilin noyabr ayında təyin olunmuşdu. 45 yaşlı mütəxəssis komandanın baş məşqçisi kimi 11 oyuna çıxıb.
