Şevçenko Ukraynada ilin məşqçisi seçildi
04.12.2019 , 17:54

Ukrayna millisini AVRO-2020-yə çıxaran Andrey Şevçenko ölkəsində 2019-cu ilin ən yaxşı baş məşqçisi adına layiq görülüb.
Korner.az xəbər verir ki, ilin ən yaxşı qapıçısı “Şaxtyor” və millinin təcrübəli siması Andrey Pyatov seçilib.
“Mançester Siti”nin 22 yaşlı yarımmüdafiəçisi Aleksandr Zinçenko isə Ukraynanı xaricdə ən layiqli formada təmsil edən futbolçu adını qazanıb.
