Ukrayna millisinin hücumçusu Andrey Şevçenko karyerasına bitirib. Korner.az-ın məlumatına görə, Şeva üçün İngiltərə ilə keçirilən (0:1) matç sonuncu olub. 35 yaşlı futbolçu jurnalistlərə:
Bu, mənim milli komandadakı son rəsmi oyunum oldu. Ancaq yaxın vaxtda Ukraynada vida matçı keçirməyi planlaşdırıram. Artıq gənclərə şans verməyin zamanıdır. Klubdakı karyerama gəldikdə isə bu barədə qərarımı verməmişəm. Bir qədər istirahət edəcəyəm. Daha sonra yekun qərarımı açıqlayacağam" – deyə qeyd edib.
Qeyd edək ki, Ukrayna milli komandasının heyətində 112 oyun keçirən Şevçenko 48 dəfə rəqib qapılarına yol tapıb.