Ukrayna millisinin hücumçusu ndrey Şevçenko avtomobil qəzasına düşüb. Korner.az-ın məlumatına görə, "Milan"ın sabiq futbolçusu İsveçlə oyundan (2:1) sonra “Porsche” markalı avtomobil ilə işıqforda dayanan zaman arxadan “Jeep” onun maşını ilə toqquşub.
36 yaşlı forvardın idarə etdiyi avtomobilin içində hamilə olan həyat yoldaşı Kristian Pazikdə olub. Lakin xoşbəxtlikdən nə Şevçenko nə də, xanımı xəsarət almayıb.
