Ukrayna futbolunun yaşayan əfsanələrindən Andrey Şevçenko karyerasını bitirib.
Korner.az-ın məlumatına görə, Ukrayna millisinin və "Milan"ın heyətində göstərdiyi performansla dünyanın ən güclü hücumçuları arasına girməyə müvəffəq olan Şevçonko siyasətə girişəcəyini bildirib:
"Artıq 35 yaşım var. Futbol oynaya biləcəyimi düşünmürəm. Bundan sonra siyasətlə məşqul olacağam".
Qeyd edək ki, ulduzu "Milan"da parlayan Şevçenko İtaliya təmsilçisinin heyətində çıxdığı 322 matçda 175 qol vura bilmişdi.
