Andrey Şevçenko yenidən futbola qayıda bilər.
Korner.az-ın məlumatına görə,Şevçenko İndoneziyanın "Mitra Kukar" klubundan təklif alıb. Bu barədə "Mitra Kukar" klubunun baş məşqçisi Roni Fauza məlumat verib. Fauza açıqlamasında: "Şevçenko ilə maraqlanmağımız doğrudur. Şevçenko bizimlə 5 oyunluq anlaşmaq istəyir. Biz isə Şevçenkodan 10 oyunluq faydalanmaq niyyətindəyik. Şevçenko ilə razılığa gəlsək, maddi tərəfdən heç bir problem olmayacaq" – deyə qeyd edib.