Şesnı: “Barselonada ilk mövsümümü pulsuz oynadım”
28.11.2025 , 19:49
“Barselona”nın qapıçısı Voyçex Şesnı klubla müqaviləsinin maliyyə detalları barədə danışıb.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, polşalı qolkiper bunu deyib:
“Barselona”da ilk mövsümümü pulsuz keçirdim. Müqaviləmin vaxtından əvvəl ləğvi üçün “Yuventus”a ödəməli olduğum məbləği isə klub mənə tam şəkildə ödədi.”
Kataloniya təmsilçisi ötən ilin oktyabrında artıq təqaüdə çıxmış Şesnını futbola qayıtmağa razı salıb. Daha sonra o, uzun müddət komandanın əsas qapıçısı kimi çıxış edib. Bu ilin iyulunda isə təcrübəli qolkiper “Barselona” ilə 2027-ci ilə qədər yeni müqavilə imzalayıb.