“Arsenal”ın “Roma”ya icarəyə verilən qapıçısı Voyçex Şesnı növbəti mövsümü də icarədə keçirə bilər.
Korner.az-ın məlumatına görə, bu barədə “II Messagger” məlumat yayıb.
Polşalı qapıçı bildirib ki, “Roma”da xoşbəxtdi:
“Bəzi şeylər məndən aslı deyil. Ola bilsin ki, “Roma”da qaldım. Burada məni hər şey qane edir. İnanıram ki, sonda hər şey mənim qərarıma uyğun olacaq”
