Şeşko üçün 5 namizəd
06.05.2025 , 15:30

“Leyptsiq”in hücumçusu Benjamin Şeşko İngiltərə klublarının transfer siyahısında yer alıb.
Korner.az xəbər verir ki, sloveniyalı oyunçunun xidmətində “Arsenal”, “Çelsi”, “Liverpul”, “Mançester Yunayted” və “Nyukasl” kimi klublar maraqlıdır.
Bu barədə xarici KİV məlumat yayıb.
Premyer Liqa təmsilçiləri 21 yaşlı futbolçu üçün yayda təklif göndərməyə hazırlaşır.
Şeşkonun hazırkı transfer dəyəri “transfermarkt”da 65 milyon avro olaraq qiymətləndirilir.
