Serxio Reqilon karyerasını “İnter Mayami”də davam etdirəcək
16.12.2025 , 11:40
İspaniya millisinin sabiq üzvü Serxio Reqilon ABŞ-ın “İnter Mayami” klubuna transfer olunub.
Korner.az xəbər verir ki, bu barədə MLS təmsilçisinin mətbuat xidməti rəsmi açıqlama yayıb.
28 yaşlı sol cinah müdafiəçisi ilə 2027-ci ilin dekabrına qədər müqavilə imzalanıb. Razılaşmaya əsasən, tərəflər sözləşməni daha bir il uzatmaq hüququna malikdir.
Qeyd edək ki, Reqilon son olaraq İngiltərənin “Tottenhem” klubunda çıxış edib və yay transfer pəncərəsində London təmsilçisindən ayrılıb. Xatırladaq ki, “İnter Mayami”nin heyətində Lionel Messi və Luis Suares kimi ulduz futbolçular da forma geyinir.