Serxio Ramos: “Soyunub-geyinmə otağında olan…”
11.03.2019 , 18:28

Madridin “Real” klubunun kapitanı Serxio Ramos yaşadıqları uğursuzluqlarla bağlı danışıb.
Klub prezidenti Florentino Perez ilə konflikt yaşadığını etiraf edən müdafiəçi hər şeyi həll etdiyini bildirib:
“Soyunub-geyinmə otağında baş verənlər elə orada qalır. Problemin varsa, həll etmək lazımdır. Bu mövsüm uğursuzluqlarla dolu oldu. Bundan nəticə çıxarmaq lazımdır. Mən Solarinin işlərinə qarışmıram. O. klubun baş məşqçisidir.”
Qeyd edək ki, Çempionlar Liqasının 1\8 final mərhələsinin cavab görüşündə “Ayaks” klubuna doğma meydanda 1-4 hesabı ilə məğlub olan “Real” liqada mübarizəni dayandırıb.
