Ulduz oyunçu PSJ-nin təklifini rədd etdi
04.01.2026 , 16:12
Hazırda klubsuz olan mərkəz müdafiəçisi Serxio Ramos PSJ-yə qayıtmaq imkanını geri çevirib.
Korner.az xəbər verir ki, təcrübəli ispan futbolçu Fransa təmsilçisinin rəsmi təklifini qəbul etməyib.
Qeyd edək ki, Ramos son olaraq 2024/25 mövsümündə Meksikanın “Monterrey” klubunun formasını geyinib. 38 yaşlı müdafiəçi bu komandada 19 matçda iştirak edib, 3 dəfə fərqlənib və 8 dəfə sarı vərəqə ilə cəzalandırılıb. Mövsüm başa çatdıqdan sonra isə onun müqaviləsi yekunlaşıb.