Serxio Ramos: “Elə bilirlər ki. Zidanı mən gətirmişəm”
28.03.2019 , 15:12

İspaniyanın “Real” Madrid klubunun kapitanı Serxio Ramos Zinəddin Zidanın yenidən kluba qayıtmasının onun istəyi ilə olduğu xəbərləri yalanlayıb.
32 yaşlı müdafiəçi karyerası boyunca heç vaxtı özünü klubdan üstün tutmadığını dilə gətirib.
“İnsanlar elə zənn edir ki, Zidanı komandaya mən gətirmişəm. Belə bir şey ola bilməz. Mən sadəcə klubun kapitanıyam. Məni çağırıb, fikrimi öyrənə bilərlər.”
Qeyd edək ki, Zidan martın əvvəlində Sanytaqo Solarinin əvəzinə “Real”a baş məşqçi gətirilib.
