Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində "Qalatasaray"la qarşılaşacaq Madrid "Real"ının futbolçusu Serxio Ramos "Cim-Bom"dan ehtiyat etdiyini bildirib.
Korner.az-ın məlumatına görə, "Kral klubu"nun müdafiəçisinə yarımfinal və finalda "Barselona" ilə qarşılaşma ehtimalı haqda verilən suala Ramos: "Bu haqda nəsə desəm, "Qalatasaray"a hörmətsizlik etmiş olaram" – deyə cavab verib.
