“Real”ın futbolçusu Serxio Ramos Avropa futbolunun tarixinə düşüb.
Korner.az-ın məlumatına görə, ispaniyalı futbolçu üç avrokubok finalında qol vuran ilk müdafiəçi olub.
“Sevilya” ilə keçirilən superkubok görüşünün 93-cü dəqiqəsində hesabı bərabərləşdirən Ramos “Real”ı məğlubiyyətdən xilas etməklə yanaşı, həm də rekorda imza atıb.
30 yaşlı futbolçu 2014 və 2016-cı illərdə keçirilən Çempionlar Liqasının finallarında da qol vurub.
