“Mançester Siti” klubu Serxio Aquero ilə müqaviləsini yeniləyib.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, argentinalı futbolçu daha beş il “Mançester Siti”nin uğurlarına sevinəcək. Bununla bağlı açıqlama verən futbolçu:
“Hər il daha yaxşı olmağa çalışıram. Ötən mövsüm çempion olduq və bu il də bunu bacarmaq istəyirik”, – fikirlərini səsləndirib.
Qeyd edək ki, 2011-ci ildən “Mançester siti”də çıxış edən Aquero keçirdiyi 122 oyunda 75 qola imza atıb.
