big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Avrokuboklar

“Şerif”in baş məşqçisi: “Qarabağ”a ötən ildən simpatiyam var idi”

30.08.2018 , 23:14

Avropa Liqasının pley-off mərhələsi cavab oyunları çərçivəsində “Qarabağ” “Şerif”i qəbul edib. İlk oyunda 0:1 hesabı ilə uduzan “Qarabağ” Bakıda rəqibini məğlub edib – 3:0

Ağdamlılar bu nəticə ilə tarixində IV dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Oyundan sonra keçirilən mətbuat konfransında “Şerif”ın baş məşqçisi Qoran Sabliç jurnalistlərin suallarını cavabandırıb.

O, əvvəlcə matç haqda danışıb:

“Rəqibi təbrik edirəm. Bu gün güclü komanda qalib gəldi. Bunu əvvəldən bilirdik. Burada heç-heçə etmək istəyirdik. Ancaq erkən qol buraxdıq. İlk hissədə oyunçuların özgüvəni yox idi. Topa yiyələnə bilmirdilər. İkinci hissədə bir qədər komanda özünə gəldi. Sona qədər mübarizə apardıq. Ancaq güclü komanda qalib gəldi.”

– Dünən özünüzə çox güvənirdiniz. Bugünki qələbəyə “Qarabağ”ın möhtəşəm oyunu, yoxsa sizin aciz oyununuz səbəb oldu?
– “Qarabağ” yaxşı oynadı. Ancaq razıyam ki, oyunçularım elə də yaxşı çıxış etmədi. Onlar olduğu səviyyədə futbol oynamadılar. Nəticə optimaldı. Rəqib buna layiq idi. Güclü komandaya uduzduq. Futbolçular fərdi keyfiyyətlərə malikdi. “Qarabağ”ın uzun müddətdir bir məşqçi ilə çalışır. Biz əlimizdən gələni etdik. Təəssüf ki, bacarmadıq. Belə komandalara qarşı oyunda, şanslar, epizodlar yaratmaq lazımdı.

– Sizcə, “Qarabağ” daha bir neçə qol da vura bilərdi?
– Oyundan sonra bunun əhəmiyyəti yoxdu. Əlbəttə, qol vurmaq üçün çalışdıq. Ancaq bacara bilmədik. Son dəqiqələrdə də qol vura bilərdik.

– “Qarabağ” sizi bu gün nə ilə təəccübləndirdi?
– Mən həmişə “Qarabağ”ın ünvanına xoş sözlər demişəm. Bilinir ki, futbolçuların keyfiyyəti var, özgüvənlidirlər. Onlar öz istədiyi oyunu göstərə bilirlər.

– Oyundan sonra Qurbanova nə dediniz?
– Təbrik etdim. Uğurlar arzu etdim.

– “Qarabağ”a qrupda azarkeşlik edəcəksinizmi? Sizcə, “Qarabağ” pley-offa çıxacaqmı?
– Keçən il də “Qarabağ”ı izləyirdik. Bu komandaya qarşı simpatiyamız var idi. Əlbəttə, oyunları izləyəcəm. “Qarabağ” qrup mərhələsinə layiq idi. Güclü oynadılar, buna görə də bizə çətin oldu.

Son yazılar

To Top