“Şerif”dən yeni transfer
27.06.2024 , 23:21

“Şerif” yeni transferini rəsmiləşdirib.
Korner.az xəbər verir ki, klub “Milsami”dən Vadim Paireli heyətinə cəlb edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, “Şerif” UEFA Avropa Liqasının 1-ci turunda “Zirə”nin rəqibidir. Komandalar arasında ilk oyun iyulun 11-də Moldovada, cavab qarşılaşması isə ayın 18-də Bakıda keçiriləcək.
