“Şerif” – “Zirə” matçının hakimləri açıqlandı
26.06.2024 , 14:55

UEFA Avropa Liqasının 1-ci turunda “Zirə”nin “Şerif”lə (Moldova) səfərdə keçirəcəyi oyununun hakimləri açıqlanıb.
Korner.az xəbər verir ki, matçı isveçrəli hakimlər idarə edəcək.
Oyunun baş hakimi Alessandro Dudiç olacaq. Ona Paskal Hirzel və Susann Künqa mömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Anoyen Kanaqasinqam yerinə yetirəcək.
Qeyd edək ki, “Şerif” – “Zirə” görüşü iyulun 11-i, saat 21:00-da, “Şerif” İdman Kompleksində keçiriləcək.
