"Rəvan"ın futbolçusu Şerif Sumanın Korner.az saytına müsahibəsi.
-"Rəvan"ın birinci dövrədəki çıxışı barəsində nə deyə bilərsən?
"Rəvan" birinci dövrədə yaxşı çıxış etdi.Sadəcə bəzi oyunlarda xallar itirdik.
-Öz çıxışın haqqında nə deyə bilərsən?
Mən öz çıxışımdan razıyam. İnanıram kİ, bundan sonrada daha yaxşı çıxış edəcəm.
– İlk "altılıq" şanslarınız haqda nə deyərdin?
"Rəvan" yaxşı komandadır. Bizim onsuzda altılıqda şansımız yoxdu. Biz bu il çempionatı məncə 7-ci yerdə qutaracıyıq. Biz bundan artığına da layiq ola bilərik.
– Geridə qalan 18 tur ərzində "Rəvan"ın heyətində sənin fikirincə hansı legioner özünü daha yaxşı tərəfdən göstərə bildi?
Komandada legionerlər çox yaxşı çıxış edir. Amma mən Əkrəm Hodziçi deyə bilərəm.
-Bildiyimizə görə o, komandaya qoşulmayıb.Əkrəm nə vaxt komandaya qoşulacaq?
Bunu mən dəqiq deyə bilmərəm.Yəqin,nəsə problemi var.Gələn həftə komanadaya qoşula bilər.
Adil Mirzəzadə
