Madrid “Real”ının futbolçusu Serhio Ramos karyerasını İngiltərədə davam etdirə bilər.
Korner.az-ın məlumatına görə, bu xəbər ingilis mətbuatında yer alıb. Xəbərdə deyilir ki, ispan müdafiəçi Madrid təmsilçisi ilə yeni müqavilə üçün razılığa gələ bilmir.
Daily Express yazır ki, London “Çelsi”si son Avropa çempionunu heyətinə qatmaq istəyir. Mourinyonun çalışdırdığı klub “Real” ilə danışıqlara da başlayıb. Transferin yayda baş tutacağı gözlənilir.
