Serhat ehtiyatda qaldı, komandası uduzdu
19.01.2020 , 13:27

İngiltərənin Birinci Liqasında (səviyyəcə üçüncü) 28-ci turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət milli komandasının yarımmüdafiəçisi Serhat Taşdemirin çıxış etdiyi “Piterboro Yunayted” “Uimbldon”la qarşılaşıb və məğlub olub – 0:1.
Serhat bu qarşılaşmanın iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
