Avropa Liqasının qrup mərhələsini ikinci turu çərçivəsində “Qəbələ” səfərdə “Krasnodar”a qonaq olub.
Korner.az-un məlumatına görə matç ev sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb – 2:1
Oyundan sonra “Qəbələ”nin futbolçusu Sergey Zenyov qarşılaşma haqda bunları deyib:
“İkinci hissədə əla oynadıq. Hətta Dodo ikinci qolu da vurdu. Məncə orada qayda pozuntusu yox idi. Hər şeyi unudub qarşıdakı oyunlara köklənməliyik”
