"Əgər Azərbaycan yığmasına fikir versək, onda bizim dünya çempionatında nə işimiz var".
Korner.az-ın məlumatına görə, bu sözləri Dünya Çempionatı-2014-ün seçmə mərhələsi çərçivəsində baş tutacaq Rusiya-Azərbaycan oyunu ilə bağlı fikirlərini bildirərkən Rusiya yığmasının sabiq hücumçusu Sergey Kiryakov bildirib.
"Mən Berti Foqtsu yaxşı tanıyıram. Ancaq bu cür mütəxəssis belə əlinin altında olan futbolçulardan normal komanda qura bilməz. Rusiya yığması səviyyəcə Azərbaycandan qat-qat yüksəkdir. Bizim yığmanın Azərbaycanla oyuna necə yanaşacağı çox önəmlidir. Portuqaliyaya qələbədən sonra Azərbaycanla oyunda xal itirsək bu gülünc olar", – deyə Sergey Kiryakov bildirib.
