Avqustun 21-də Avropa Liqasının ilk pley-off matçı çərçivəsində səfərdə "Partizan"ın qonağı olacaq "Neftçi" sabah Serbiyaya yola düşəcək.
Korner.az-ın məlumatına görə, "flaqman" öncə İstanbula, ordan isə Belqarda uçacaq.
Belqradda olduğu müddətdə "Neftçi" "Partizan"ın əzəli və prinsipial rəqibi olan "Srvena Zvezda"nın bazasında məskunlaşacaq. Sözügedən klub özü könüllü olaraq öz bazasını "Neftçi"nin ixtiyarına verib və bu klubun azarkeşləri də avqustun 21-də məhz "Neftçi"yə azarkeşlik edəcəklər.
Qeyd edək ki, hazırda "Neftçi"nin qapısını qorumuş Saşa Stamenkoviç də bir vaxtlar "Srvena Zvezda"nın şərəfini qoruyub.
