"Mançester Yunayted”in veteran futbolçusu Rayan Giqqz daha bir il karyerasını davam etdirəcək.
Korner.az-ın məlumatına görə, uelsli futbolçu karyerasını bitirdikdən dərhal sonra elə “Mançester Yunayted”də məşqçi kimi fəaliyyət göstərəcək. Giqqz artıq bununla bağlı FİFA-da seminardan da keçib. Artıq ona məşqçilik lisenziyası da verilib.
