“Əslində, komandamızdan çox razıyam. Futbolçularım ofsayt vəziyyətlərinə çox düşdü.”
Korner.az-ın məlumatına görə, bu sözləri “Sent-Etyen” klubunun baş məşqçisi Xristof Qaltie deyib.
Avroliqanın qrup mərhələsində ilk oyununa çıxan “Sent-Etyen” Bakıda 1 xala sevinib. Baş məşqçi oyunlar bağlı bunlar deyib:
“Hücum futbolu oynadığımızı düşünürəm. Meydanın bütün yerlərində oynaya bilərdik. Hücumlarımızın kəsərli olmamsından narahat deyiləm. Oyun çox çətin idi. Ona görə də müdafiəyə daha çox fikir verirdik. Fransada “Qarabağ”ın oyunlarını izləmişdik. Bu oyunlara baxandan sonra “Qarabağ”a hörmətimiz artmışdı. Bu gün məğlub olmamaq bizim üçün üstünlükdür. Bu oyundan sonra “Qarabağ” haqqında fikirlərimi müsbət yöndə daha da dəyişdim Qrupda “İnter” favorit olsa da, Qurban Qurbanovun taktiki sxemindən sonra əminliklə deyə bilərəm ki, “Qarabağ” qrupun favoritlərindən biridir. İnanıram ki, “Qarabağ” Fransada hücum futbolu oynayacaq. Bizim hücum futbolu oynamadığımızı düşünmək, səhv olardı. Növbəti oyunda daha güclü olacağımıza inanıram. “Qarabağ”a qarşı belə oynamağımız normaldır. Çünki, komandanızın heyətində kifayət qədər milli futbolçular da var. Hər birinizə bizə qarşı qonaqpərvərliyiniz üçün təşəkkür edirəm. Komandanıza isə “Bravo!” deyirəm”
