“Hakim səhvləri utandırıcı idi. Bu hesab bizim üçün xal itkisidir”.
Korner.az-ın futbolxeber.az-a istinadən məlumatına görə, bu sözləri “Sent Etyen”in baş məşqçisi Kristof Qaltye deyib.
“Qarabağ”la oyun haqda danışan Qaltye komandasının penaltisinin verilmədiyini bildirib: “Yaxşı ki bu, hakimin sonuncu matçı idi. Ələ top dəymişdi, penaltilərimiz verilmədi.
Tribunada açılmış “UEFA Mafiya” banneri ilə bağlı açıqlama vermək istəmirəm. Mənim hakimliklə bağlı sözlərimin bununla heç bir əlaqəsi yoxdur”.
Qaltye “Qarabağ”ın qapıçısını fərqləndirib: “Qarabağ”ın qapıçısı yüksək səviyyəli qurtarışlar etdi. Bizim üçün pis olanı onların hesabda öndə olmaları idi. 0:2 hesabı olsaydı, bizim işimiz daha da çətin olardı”.
