“Sent Etyen” baş məşqçisini qovdu
06.12.2021 , 17:56

Fransanın “Sent Etyen” klubu baş məşqçisi Klod Pyuellə yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə Liqa-1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Klod Liqa 1-in XVII turunda “Renn”ə məğlubiyyətdən (0:5) sonra istefaya göndərilib.
Pyuel 2019-cu ilin oktyabrından “Sent-Etyen”i çalışdırırdı.
