Avropa Liqasının qrup mərhələsinin ilk oyunu çərçivəsində sentyabrın 18-də “Qarabağ”ın qonağı olacaq “Sent-Etyen” klubunun paytaxtımıza gələcəyi tarix müəyyənləşib.
Korner.az-ın məlumatına görə, Fransa təmsilçisi oyundan bir gün öncə, sentyabrın 17-də səhər saatlarında paytaxtımıza gələcək.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Sent-Etyen” oyunu, saat 21:00-da başlayacaq.
