Şenol Güneş istefaya göndərildi
10.09.2021 , 19:45

Türkiyə millisinin baş məşqçisi Şenol Güneş istefaya göndərilib.
Korner.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Tərəflər müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
2000-2004-cü illərdə də yığmanın baş məşqçisi olmuş Güneş 2019-cu ilin fevralından millini çalışdırırdı.
