“Bizim üçün yaxşı gecə olmadı. Çox danışıb, cəzalanmaq da istəmirəm. Rəqib haqq etdi, amma necə haqq etdiyini bilmirəm”
Korner.az-ın məlumatına görə, bu sözləri “Beşiktaş”ın baş məşqçisi Çenol Güneş Çempionlar Liqasının qrup mərhələsinin son turunda Kiyev “Dinamo”suna 0:6 hesabı ilə uduzaraq mübarizəni dayandırdığı oyundan sonra deyib.
Çıxışını Avropa Liqasında davam etdirəcək İstanbul klubunun çalışdırıcısı fikirlərini belə davam etdirib
“Belə bir gecəni yaşamaq çox üzücüdür. İstanbuldakı oyunda alman hakimin vermədiyi penalti ilə bu penaltini müqayisə edəndə fərqli istiqamətlərə gedib çıxarsız. 1 illik əməyin qarşılığını itirdik. Bura qədər çox çalışmışdıq”.
