Şenol Güneş: “Beşiktaş”ı ikinci etmədən ayrılmaq istəmirəm
08.04.2019 , 12:25

“Beşiktaş” klubunun baş məşqçisi Şenol Güneş çempionluq şanslarını dəyərləndirib.
Türkiyəli mütəxəssis klubdan çempion kimi getməyin çox çətin olduğunu deyib.
“Artıq çempion olmağımız çox çətin görünür. Amma biz döyüşəcəyik. “Beşiktaş”ı gümüş mükafatçı kimi tərk etmək istəyirəm.”
Qeyd edək ki, Şenol Güneş ötən ay Türkiyə millisinə baş məşqçisi təyin olunub.
