Şenol Güneş “Beşiktaş” ilə rəsmən vidalaşdı
25.05.2019 , 14:48

Super Liqanın sonunu – 34-cü turu çərçivəsində Kasımpaşa ilə ev oyununda təcrübəli mütəxəssis üçün “qara qartallar”ı vida matçına çıxarıb. Komandası isə onun sonuncu matçında 3:2 hesablı qələbə qazanıb və mövsümü 3-cü pillədə başa vurub.
Şenol Günəş “Beşiktaş”ı 2015/16 mövsümündən çalışdırırdı. Geridə qalan dörd ildə o, İstanbul klubunu iki dəfə Türkiyə çempionu edib, həmçinin bu komandanı tarixində ilk dəfə UEFA Çempionlar Liqasında qrupdan çıxarıb. 67 yaşlı məşqçi “qara qartallar”ı Avropa Liqasında 1/4 finala qədər daşımağı da bacarıb.
Komanda bu məşqçinin rəhbərliyi altında 199 oyuna çıxıb, 116 qələbə qazanıb, 46 heç-heçə və 37 məğlubiyyət yaşayıb.
Günəş hələ bir neçə ay öncə Türkiyə yığmasının baş məşqçisi təyin olunub. Onun Beşiktaş-dan ayrılma səbəbi də məhz budu. İstanbul klubunun yeni baş məşqçisinin kim olacağı isə hələ bilinmir. (goal.az)
