Dünən “Neftçi” – “Çixura” matçını izləmək üçün Bakıya gələn “Bursaspor”un çalışdırıcısı Şenol Günəşin əsl məqsədi üzə çıxıb.
Korner.az xəbər verir ki, “flaqman”ın oyununu stadiondan izləyən Şenol Günəş təmsilçimizin mərkəz və sol cinahında oynayan braziliyalı futbolçuları izləməyə gəlibmiş.
Bu oyunun ardından Fransaya keçən Günəş “Nansi”nin 22 yaşlı yarımmüdafiəçisi Ceff Luisin oyununu izləyəcək.
