“Bursaspor” klubunun baş məşqçisi Şenol Günəş “Fənərbağça” ilə matçda azarkeşlərin Volkan Demirə “vətən xaini ” söyləmələrinə münasibət bildirib.
Korner.az-ın məlumatına görə, Günəş azarkeş dəstəyinin yaxşı olduğunu, lakin Volkana “vətən xaini” söyləmələrinin xoş təsir bağışlamadığını bildirib.
“Heç bir oyunçumuz vətən xaini deyil. Azarkeşlərimiz yaxşı təzahüratlarıyla bizə dəstək olmalıdır. Pis ifadələr komandaya ancaq mənfi təsir edə bilər. Ayrıca da, bu tip tənqidlər və cəzalar Türkiyədə yalnız bizə deyil hər kəsə aid olmalıdı. Ancaq nədənsə hər zaman qanunlar bizim üzərimizdə işləyir”, deyə bildirib.
