Seneqal millisi Afrika Kubokunu qazandı, ölkədə tətil elan olundu
19.01.2026 , 14:00
Seneqal millisinin Afrika Millətlər Kubokunda qalib gəlməsi səbəbindən ölkədə 19 yanvar tarixi rəsmi istirahət günü elan olunub.
Korner.az xəbər verir ki, bu barədə Seneqal prezidenti Bassiru Diomai Faye qərar verib.
Final matçında Seneqal Mərakeşi 1:0 hesabı ilə məğlub edərək turnirin qalibi olub.
Bu, Seneqalın Afrika Millətlər Kubokunu qazandığı ikinci dəfədir. İlk dəfə ölkə millisi kuboku 2021-ci ildə qazanmışdı.