Semih Portuqaliya klubunun hədəfində
23.04.2025 , 14:31

“Beşiktaş”ın futbolçusu Semih Kılıçsoya gözlənilməz talib çıxıb.
Korner.az xəbər verir ki, oyunçunun xidmətində Portuqaliyanın “Benfika” klubu maraqlıdır.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bu mövsüm 41 matçda meydanda olan gənc futbolçu 4 qol vurub, 6 məhsuldar ötürmə ilə çıxış edib.
