Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Semih Kaya karyerasını İtaliyada davam etdirə bilər.
Korner.az-ın məlumatına görə, 22 yaşlı mərkəz müdafiəçisi ilə "Napoli" yaxından maraqlanır. "Cim Bom" rəhbərliyi Semih üçün 15 milyon avro tələb edir. Neapol təmsilçisinin transferin baş tutması üçün bu məbləği ödəyib-ödəməyəcəyi maraqla gözlənilir.
