Semih “Fənərbağça”ya qayıtdı
18.11.2020 , 19:49

Semih Şentürk yetirməsi olduğu “Fənərbağça”ya qayıdıb.
Korner.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
37 yaşlı keçmiş futbolçu klubun futbol akademiyasında məşqçi kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, Semih Şentürk 2001-2013-cü illərdə “Fənərbağça”da çıxış edib.
