Semenyo rəsmən ‘Mançester Siti’də”
09.01.2026 , 14:30
“Mançester Siti” İngiltərənin “Bornmut” klubundan Antuan Semenyonu transfer etdiyini açıqlayıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, 25 yaşlı futbolçu ilə 5,5 illik müqavilə imzalanıb.
Semenyonun transferinin ümumi dəyəri isə 75 milyon avro olaraq (65 milyon funt sterlinq) qiymətləndirilir.
Qeyd edək ki, vinger bu mövsüm Premyer Liqada 20 oyunda iştirak edib, 10 dəfə fərqlənib və 3 məhsuldar ötürmə ilə yadda qalıb.