Şotlandiyanın “Seltik” klubunun baş məşqçisi Ronni Deyla Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü haqqında danışıb.
Korner.az-ın məlumatına görə, norveçli mütəxəssis hələlik potensial rəqibləri olan “Qarabağ” və “Rudar” (Çernoqoriya) komandaları haqqında fikir bildirməkdən yayınıb. Daha dəqiqi isə o, bunu istəməyib:
“Biz ilk növbədə II təsnifat mərhələsini adlamalyıq. “Styarnan”la cavab matçımız var. Növbəti oyunda da yaxşı nəticə qazanıb mərhələ keçsək, rəqiblər haqda danışa bilərik. Ancaq indi “Qarabağ” və “Rudar” məni maraqlandırmır”.
O, “Styarnan”nı keçəcəklərinə inandığı da deyib: “İlk görüşdə komandam yaxşı oynadı. Xeyli qol imkanlarımız olsa da, iki qol vura bildik. Cavab matçına üstünlüklə çıxacağıq”.
