Seltik”in məşqçisi Con Kollins Bakıya yola düşməzdən əvvəl Qlazqo hava limanında Britaniya mətbuatına açıqlama verib.
Korner.az-ın məlumatına görə, təcrübəli mütəxəssis Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”la matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyü ilə bağlı yaranmış problemə münasibət bildirib:
“Stadionun ot örtüyü ilə bağlı bizdə bir qədər narahatçılıq var. Lakin Bakıya gedib, qazonun necə olduğunu yoxlayacağıq. Bir qədər əvvəl telefonla danışdım və mənə ot örtüyünün yaxşı vəziyyətdə olmadığını dedilər. Bununla belə, oyunun baş tutmayacağını düşünmürəm.
Bakıda havanın hərarəti olduqca yüksəkdir. Əgər qazonda hər hansı problem varsa, yəqin ki, ot örtüyünün görünüşü də yaxşı deyil. Təbii ki, biz yüksək standartlara malik ot örtüklü meydanda oynayacağımızı gözləyirik. Lakin əgər bu baş verməsə, o zaman oyunumuza köklənməliyik.
Stadionun qazonunda kələ-kötür yerlər varsa, oyun zamanı uzun ötürmələrdən istifadə etməli və topu meydanın özümüzə aid hissəsində saxlamamalıyıq. Təbii ki, bəhs etdiyim şeylər futbol üçün ideal deyil. Ancaq biz hər vəziyyətə uyğunlaşmalıyıq. Çünki hər iki komanda eyni şərtlər altında çıxış edəcək. Bilirik ki, “Qarabağ” da bizim kimi yerdən oynamağı sevən komandadır. Ona görə də meydanın durumu hər iki komandanın oyununa təsir edəcək”.
Qeyd edək ki, sabah keçiriləcək “Qarabağ” – “Seltik” oyunu saat 21:30-da başlayacaq.
