“Seltik”də yeni baş məşqçi
19.06.2023 , 17:48
“Seltik”in yeni baş məşqçisi məlum olub.
Korner.az xəbər verir ki, komandanı bundan sonra Brendan Rocers çalışdıracaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mütəxəssis daha əvvəl “Uotford”, “Ridinq”, “Suonsi”, “Liverpul”, “Lester” kimi komandaların baş məşqçisi olub. O, bu ilin aprelindən işsiz idi.