Çempionlar Liqasında II təsnifat mərhələsinin daha bir oyunu keçirilib.
“Seltik” Şimali İrlandiyada “Linfild”in qonağı olub. Qarşılaşma Şotlandiya çempionunun 0:2 hesablı qələbəsi ilə başa çatıb.
“Linfild” (Şimali İrlandiya) – “Seltik” (Şotlandiya) – 0:2
Qollar: Hauqi, 17 (avtoqol), Roqiç, 23
Bu komandalar arasında cavab qarşılaşması iyulun 19-da “Seltik Park”da keçiriləcək.
